Dünyanın ən çox qazanan saytları

İnternetdən pul qazanmağın müxtəlif yolları olsa da, Adsense qazanc bütün dünyada hal-hazırda da ən gəlirli passiv internet biznes hesab olunur. Bu proqrama qoşulmaq pulsuzdur. Qeydiyyatdan keçən kimi sizə təqdim olunan reklam banner kodlarını öz saytınızda yerləşdirərək onlayn biznesinizə başlaya bilərsiniz. Saytınızın hər səhifəsində 3 ədəddən artıq Google reklam banneri yerləşdirmək qadağandır. Vebsaytınıza gələn ziyarətçi hər dəfə o bannerlərə tıqlayanda (klikləyəndə) siz Google-un həmin reklamdan qazandığı ümumi gəlirinin sizə düşən payını qazanacaqsınız.

Metbuat.az dünya üzrə Adsense-dən ən çox pul qazanan saytları təqdim edir:

Pit Kaşmor

O, məşhur Mashable bloqunun təsisçisi və baş icraçı direktorudur. O, aylıq Adsense qazancına görə bu siyahıda ən birinci yerdədir. Bu resurs texnologiya və sosial media üzrə dünyaşöhrətli saytlardan biridir. Vebsayt: http://mashable.com

Yaradılma Tarixi: 2005-ci il

Alexa Rank: 268

Gündəlik Ziyarətçi Sayı: 3,800,000 unikal ziyarətçi və 29,210,000 baxış sayı

Aylıq Adsense Gəliri: $2,000,000

Markus Frind

Bu sahibkar isə dünyanın ən böyük tanışlıq saytı yaratması ilə internet marketinq tarixinə düşüb. Sözü gedən sayt www.plentyoffish.com (http://www.pof.com) (POF) adlanır. Bu onlayn resurs top 10 siyahıda aylıq gəlirinə görə ikinci yerə layiq görülüb.

Vebsayt: http://www.pof.com

Yaradılma Tarixi: 2002-ci il

Alexa Rank: 562

Gündəlik Ziyarətçi Sayı: 3,300,000 unikal ziyarətçi və 26,100,000 baxış sayı

Aylıq Adsense Gəliri: $1,000,000

Şon Hoqan

Şon Hoqan Digital Point Solutions-un yaradıcısı və baş icraçı direktorudur. 1999-cu ildə yaradılmış https://forums.digitalpoint.com resursu dünyanda ən məşhur texnologiya forumlarından biridir.

Vebsayt: https://digitalpoint.com

Yaradılma Tarixi: 2000-ci il

Alexa Rank: 4,647

Gündəlik Ziyarətçi Sayı: 3,200,000 unikal ziyarətçi və 3,200,000 baxış sayı

Aylıq Adsense Gəliri: $400,000

Kevin Rouz

Kevin Rouz internet sahibkar və eyni zamanda, teleaparıcıdır. O, Digg xəbər saytının təsisçisi və Revision3, Pownce, and Milk bizneslərinin həmyaradıcılarından biridir.

Vebsayt: http://digg.com

Yaradılma Tarixi: 2000-ci il

Alexa Rank: 921

Gündəlik Ziyarətçi Sayı: 1,900,000 unikal ziyarətçi və 15,200,000 baxış sayı

Aylıq Adsense Gəliri: $300,000

Maykl Arrinqton

Maykl TechCrunch-ın yaradıcısı və həmredaktorlarından biridir. Bu məşhur xəbər saytı NASDAQ-100 siyahısına daxil olan şirkətlər barədə yazılar dərc edir.

Vebsayt: http://techcrunch.com

Yaradılma Tarixi: 2011-ci il

Alexa Rank: 457

Gündəlik Ziyarətçi Sayı: 2,100,000 unikal ziyarətçi və 13,100,000 baxış sayı

Aylıq Adsense Gəliri: $150,000

Cek Herik

Bu Amerikalı sahibkarın adı ilə wikiHow, eHow, Luminescent Technologies və BigTray kimi bir sıra onlayn biznes və şirkətlər bağlıdır.

Cek 2005-ci ilin yanvarında “hər şeyə dair praktik təlimat” yaratmaq ideyası ilə http://www.wikihow.com saytını işə salır və bu onlayn resurs olduqca faydalı olduğundan çox qısa zamanda veb ziyarətçilərin rəğbətini qazanır.

Vebsayt: http://www.wikihow.com

Yaradılma Tarixi: 2005-ci il

Alexa Rank: 191

Ziyarətçi Sayı: 15,200,000 gündəlik baxış sayı və 1,000,000 aylıq unikal ziyarətçi

Aylıq Adsense Gəliri: $250,000

Perez Hilton

Amerikalı bloqqer, jurnalist və televiziya nümayəndəsi olan Perez Hiltonun yaratdığı eyniadlı PerezHilton.com bloqu məşhurlar barədə dərc etdiyi xəbərlər və məlumatlara görə dünya şöhrəti qazanmış bir vebsaytdır.

Vebsayt: http://perezhilton.com

Yaradılma Tarixi: 2005-ci il

Alexa Rank: 2,162

Gündəlik Ziyarətçi Sayı: 1,110,000 unikal ziyarətçi və 8,210,000 baxış sayı

Aylıq Adsense Gəliri: $150,000

Ceremi Şumeyker

Ceremi Şumeyker veb-sahibkar, NextPimp.com və ShoeMoney Media – nın təsisçisidir. O, SEO (Axtarış üzrə Optimallaşdırma) və Partnyor (Affiliate) Marketinqi üzrə konfrans və seminarlarda iştirak edən peşəkar orator və həmçinin, AuctionAds xidmətinin həmtəsisçilərindən biridir.

Məşhur saytı Shoemoney.com – dan qazandığı aylıq Adsense gəlirinə görə bu sahibkar top 10 siyahıda 10-cu yerdədir.

Vebsayt: http://www.shoemoney.com/

Yaradılma Tarixi: 2003-cü il

Alexa Rank: 52,710

Gündəlik Ziyarətçi Sayı: 70 000 unikal ziyarətçi və 410,000 baxış sayı

Aylıq Adsense Gəliri: $100,000

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR