Xalq artisti Səməd Səmədov özünə min dollara pişik alıb.

Milli.Az axşam.az-a istnadən xəbər verir ki, müğənni bu haqda "Showtime" verilişində deyib.

O bildirib ki, pişiyi Moskvadan alıb:

"İt ilindənəm. Heyvanları sevirəm. İndi onlara bağban qulluq edir. İtlərim məni qocalmağa qoymur. Onlarla dəniz kənarında qaçır, tərləyirəm".

S.Səmədov Rusiyada yaşayan oğlundan danışıb:

"Oğlum bizneslə məşğuldur. Üç qız övladı var. Dördüncü qızı yoldadır, yaxın günlərdə doğulacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində