1719-cu ilin bu günü Daniel Defonun Robinzon Kruzo romanının ilk nəşri işıq üzü görüb.
25 aprel 1901-ci ildə Nyu-York ştatında ilk dəfə avtomobillərə nömrə tətbiq olunmağa başlayıb.
1915-ci ilin bu günü ingilis-fransız qüvvələri türklərin qələbəsi ilə başa çatan Arıburnu desant əməliyyatına başlayıb.
1945-ci ilin 25 aprelində ABŞ və Sovet qoşunları Elba çayı üzərində görüşüb.
1974-cü ilin bu günü Portuqaliyada Qərənfil inqilabının baş verməsi ilə 45 illik faşist diktaturasına son qoyulub.
2005-ci ilin 25 aprelində Yaponiyada qatar qəzası nəticəsində 107 nəfər həlak olub.
Aytən Novruzova / Metbuat.az