Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR bütün rayonlarda təmir işlərini başa çatdırıb, qaz təchizatını bərpa edib

Hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR bütün rayonlarda təmir işlərini başa çatdırıb, qaz təchizatını bərpa edib
17:57 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 17:51 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar verilmiş proqnozlar nəzərə alınaraq, səhər saat 10:00-dan etibarən “Qaz İxrac” İdarəsinin qrafikə uyğun olaraq bir sıra magistral qaz kəmərləri sahələrində apardığı təmir işlərinə həmin sahələrin əməkdaşları ilə birlikdə əlavə qüvvələr də cəlb olunub, işlər sürətləndirilib və başa çatdırılıb.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, hava şəraitinin pisləşməsi gözlənilən axşam saatlarına qədər bütün rayonlarda qaz təchizatı bərpa edilib.

 

Hazırda Xızı rayonun Yaşma və Giləzi, Hacıqabul rayonun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında yaranmış məhdudiyyətlər tam şəkildə aradan qaldırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR