Özünü yadplanetli kimi təqdim edən kişi həbs olunub.

Metbuat.az xəbər verir ki, hadisə Macarıstanda baş verib. 54 yaşlı kişi ölkənin müxtəlif yerlərində insanları aldadaraq, 1,3 milyon avro qazanıb. O, insanları yadplanetlilərlə əlaqədə olduğuna inandıraraq, onlara ömürlərini uzatmaq və hədəflərinə çatmaq üçün pul qarşılığında vədlər verirmiş.

“Yadplanetli”-yə məhkəmənin qərarı ilə 8,5 il həbs cəzası verilib.

Aytən Novruzova / Metbuat.az