Uşağınıza təbrik kartı hazırlaya və bu yolla onda xüsusi bacarıqların formalaşmasına kömək edə bilərsiniz.
Metbuat.az xəbər verir ki, təkcə əyləndirici deyil, öyrədici xüsusiyyətlərə malik oyunlar uşağa özünü kəşf etməyə, insanlarla ünsiyyətə girməyə, azad qərarlar verməyə yardım edir.
Uşağın intellekt səviyyəsini aktiv şəkildə yüksəldən oyun onun əl bacarığını da artırır.
Fona uyğun musiqi qoyaraq işə başlayın. Təbrik kartını hazırlamaq üçün sizə rəngli karandaşlar, rəngli kağızlar və qayçı lazımdır. Əvvəlcə xoşladığınız rəngli kağızı seçərək, iki hissəyə qatlayın. Uşağınız hər iki hissədə əllərini həmin kağızın üzərinə qoyaraq əl formasında şəkil çəksin. Qayçıdan da özünün istifadə etməsi məqsədəuyğundur. Əl formasının içərisinə ürək sözlərini yazmaqla, artıq açıqcalar hazır vəziyyətə gətirilir.
Övladınızın hazırladığı hədiyyə ona hədiyyə vermənin nə qədər sevincli bir iş olduğunu başa düşməyə də kömək edəcək.
Aytən Novruzova / Metbuat.az