Hər kəs fotolarda gözəl çıxmaq istəyir.

Metbuat.az fotolarda gözəl çıxmağın bəzi sirlərini təqdim edir:

Əgər boydan foto çəkdirirsizsə, qamətinizi düz saxlamağa çalışın.

Əllərinizi üzünüzə sıxaraq şəkil çəkdirmək istəsəniz, çalışın üzünüz tam görsənsin.

Əllərinizi belinizə qoyaraq şəkil çəkdirsəniz, bədəniniz olduğundan kilolu görsənəcək.

Bir əliniz belinizdə şəkil çəkdirməyi sevənlərdənsinizsə, çalışın dirsəkləriniz arxa planda qalsın. Üzünüzü isə bir az yan tərəfə çevirməyi unutmayın.

Fotoda gözəl çıxmaq istəyirsinizsə, gülümsəməyi unutmayın.

Bir əlinizi belinizə qoyub başınızı ehmalca yana çevirsəniz, həm üz profiliniz, həm də vücudunuzu tam olaraq vurğulaya bilərsiniz.

Aytən Novruzova / Metbuat.az