"Komandanın ən bəxti gətirən futbolçusuyam"

"Komandanın ən bəxti gətirən futbolçusuyam"
14:52 1 May 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

"Monako"nun gənc ulduzu Kilian Mbappe komandası barədə danışıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı hücumçu baş məşqçi Leonardo Jardimə ona sərbəstlik imkanı yaratdığına görə təşəkkür edib.

"Fikrimcə, komandanın ən bəxti gətirən futbolçusuyam. Bu yaşımda Radamel Falkao kimi səviyyəli hücumçu ilə yanaşı oynamaq imkanı qazanmışam. O, böyük miqdarda qol vurub və futbol tarixində iz qoyub. "Monako"da Radamel nominal mərkəz hücumçusu, mənsə daha çox vinqer kimi oynayıram. Bütün meydan boyu hərəkət etməyi sevirəm.

Baş məşqçi bunu etməyimə icazə verir. Sağ, sol və mərkəzə çəkilə bilirəm. Məşqçiyə minnətdaram ki, meydanda mənə sərbəstlik tanıyıb. Bizim xeyli güclü futbolçularımız var. Bir-birimizə kömək etməyə çalışırıq. Təkcə indvidual keyfiyyətlərə arxayın olmaq düzgün deyil. Bir komanda kimi oynamaq lazımdır. Titullar bu yolla qazanılır. Biz döyüşçüyük. Həmişə qələbəyə can atırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR