Bəşər Əsəd ittiham edildi

İngiltərənin Türkiyədəki səfiri Riçard Moor Bəşər Əsədi Suriya vətəndaşlarını bombalarla məhv etməkdə ittiham edib.

Metbuat.az xəbər verir ki, səfir Əsədin “Nüvə silahlarından istifadənin qadağan olunması haqda Konvensiyalar”ı pozduğunu bildirib.

“Əsəd rejimi beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Bəşər Əsəd öz xalqını qorumaq əvəzinə, onların məhvi ilə məşğul olur. Uşaqların həyatı və sağlamlığı təhlükə altındadır. Atılan bombaların fosfor tərkibli olması da öz təsdiqini tapıb. Böyük Britaniya 2012-ci ildən etibarən Suriyaya 2,46 milyard funt-sterlinq yardım ayırıb. Ümid edirəm ki, Suriya münaqişəsi Türkiyə ilə əməkdaşlıq şəklində öz həllini tapacaq” deyə Britaniya səfiri qeyd edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR