Azərbaycanın kempo üzrə idmançıları dünya çempionu oldular - FOTO

Azərbaycanın kempo üzrə idmançıları dünya çempionu oldular - FOTO
18:12 1 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın Albufeyra şəhərində Kempo üzrə 14-cü Dünya Kuboku və Dünya Çempionatı keçirildi.

Milli.Az bildirir ki, yarışda ölkəmizi 4 nəfər təmsil edib. 2 idmançımız iki versiya üzrə iştirak edib (Kempo-Full və Submişn Gi). Çempionatın ikinci günü (26.04.2017) Kempo Submişn Gi üzrə keçirilən yarışda 14-15 yaşlar arasında 65 kq çəki dərəcəsində İbrahimli Toğrul 3 görüş keçirərək finalda fransız idmançısına məğlub olaraq 2-ci yerlə kifayətləndi.

Sonra kişilər arasında 60 kq çəki dərəcəsində Novruzov Novruz 4 görüş keçirərək 1-ci yer qazandı. Yarışın 4-cü günü (28.04.2017) kempoçularımız Kempo Full üzrə iştirak etdilər. Hər iki idmançımız Novruzov Novruz kişilər arasında 60 kq çəki dərəcəsində, 14 -15 yaşlar arasında isə İbrahimli Toğrul 60 kq çəki dərəcəsində bu versiya üzrə bütün rəqiblərini məğlub edərək 1-ci yeri qazandılar. Kempoçuların bu çempionatda iştirak etmələri üçün Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin maddi və mənəvi dəstəyi olub. Bu çempionatda 42 dövlətdən 450-ə yaxın idmançı öz güclərin sınamışdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/540651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR