Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayıb. Təlimlər Ermənistanda narahatlıqla qarşılanıb. Rusiya Suriyada yeni hərbi baza yaradır. Rusiya Suriya ərazisində gərginliyin azaldılması üzrə dörd zonanın yaradılması təklifi ilə çıxış edib. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. ABŞ prezidenti Donald Trampın Şimali Koreyaya müdaxilə ehtimalının olduğu barədə bəyanatına Pxenyanın cavabı gecikməyib.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib. Mayın 5-dək davam edəcək təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edəcək.

Təlimlər Azərbaycanda keçirilir.

Azərbaycan və Türkiyənin birgə təlimləri Ermənistanda narahatlıqla qarşılanıb.

Milyonlarla insanın SONU, 2019-cu ildə ÇEVRİLİŞ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Türkiyə ordusu ERMƏNİSTAN SƏRHƏDİNDƏ: İrəvan həyəcan içində