ABŞ-dan sonra Rusiya təkrarladı...

Türkiyə İraqın Sincar, Suriyanın Rojava bölgəsində antiterror əməliyyatları keçirdiyi bir vaxtda Rusiya hərbi qüvvələri Suriyanın Afrin bölgəsində mövqelərini möhkəmləndirib.

Metbuat.az xəbər verir ki, İnsan hüquqlarını qorumaq bəhanəsi adı altında Afrinə daxil olan rus qoşunları bölgədə mövqeyini möhkəmləndirib. Siyasi şərhçilər isə rusların əslində PKK terror təşkilatının Suriya qolu olan PYD-ni Türkiyənin hücumlarından qorumağa çalışdığını deyirlər.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın nəzarətində olan Suriyanın Afrin bölgəsindən açılan snayper atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin Rehyanlı vilayətində əsgər Hüseyn Köroç həyatını itirib. Rusiya tərəfi türk əsgərinin PKK-nın Suriya qolu olan PYD tərəfindən öldürüldüyünü bildirib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR