Sami Yusuf: Bakı Şopinq Festivalı Azərbaycanı tanıtmaq üçün gözəl imkandır

Sami Yusuf: Bakı Şopinq Festivalı Azərbaycanı tanıtmaq üçün gözəl imkandır
16:08 2 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf Bakı Şopinq Festivalını Azərbaycan iqtisadiyyatı üçün vacib hadisə adlandırıb.

Trend festivalın rəsmi saytına istinadən xəbər verir ki, S.Yusuf Bakı Şopinq Festivalın gələcək illərdə nəinki Azərbaycan, bütün regionda böyük əhəmiyyət kəsb edəcəyini bildirib: “Bu festival Azərbaycanın gələcək iqtisadi inkişafına öz töhvəsini verməklə bərabər, bu gözəl ölkəyə turistlərin gəlişi üçün böyük stimul yaradacaq. Mən əminəm ki, turistlər Azərbaycanı sevəcəklər. Bu təşəbbüs kommersiya aspektindən əlavə, həm də Azərbaycanın özünəməxsus mədəniyyətini və tarixini nümayiş etdirmək üçün gözəl imkandır”.

S.Yusuf əmindir ki, xarici qonaqlar Azərbaycana səfərlərindən həzz alacaqlar və növbəti illərədə yenidən bu ölkəyə səfər edəcəklər.

Xatırladaq ki, ilk albomu “Al-Muallim”-lə məşhurlaşan Azərbaycan əsilli Sami Yusuf eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Sülh elçisidir. Dünyaca məşhur müğənni və bəstəkar “Time” jurnalı tərəfindən “İslamın Ən Böyük Rock Ulduzu” və “Dünyanın Ən Məşhur İngilis Müsəlmanı” elan olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2749224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR