Rusların Antalyaya kütləvi axını başladı

Rusiyadan Antalyaya gələn turistlərin sayında kəskin artım müşahidə olunur.

Metbuat.az xəbər verir ki, ötən ilin aprelinə nisbətən bu il turistlərin sayı 37% artaraq, 526 min olub.

Antalyaya ən çox turist isə Rusiyadan gəlib. 2017-ci ilin 4 ayı ərzində Orta Asiya ölkələrindən gələnlərin sayı da artıb.

Qatar, Qırğızıstan və Şimali Koreyadan da Türkiyəyə gələnlərin sayında artım baş verib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR