Formula 1 azarkeşlərini bu dünya ulduzları sevindirəcək

Formula 1 azarkeşlərini bu dünya ulduzları sevindirəcək
17:03 2 May 2017
Ölkə mətbuatı
A- A+

“The Black Eyed Peas” qrupu və Nikol Şerzinger Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində Bakıda konsert proqramı ilə çıxış edəcəklər

Publika.az xəbər verir ki, dünyaca məşhur ulduzlar iyunun 24-də, şənbə günü axşam saatlarında səhnəyə çıxaraq Formula 1 azarkeşləri üçün ən çox sevilən mahnılarını səsləndirəcəklər. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətə elan edir ki, musiqi dünyasının ən məşhur ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu 2017 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun şənbə günü Bakıda yarışı izləməyə gələnlərə canlı konsert verəcək. İyunun 24-ü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, onun ardınca isə “The Black Eyed Peas” qrupunun üzvləri çıxacaqlar. Ulduzlar yarışı izləməyə gələn Formula 1 azarkeşləri üçün gözəl musiqi nümunələri səsləndirərək Bakıya toplaşmış avtoidman həvəskarlarına əyləncə ilə dolu unuzulmaz gecə yaşadacaqlar.

Sıralanma turundan sonra Bakıda səhnəyə çıxacaq Nikol Şerzinger dünyada ən çox sevilən müğənnilərdəndir. O, “Pussycat Dolls” qrupunun solisti olan zaman bu qrupun “Grammy” musiqi mükafatına namizədliyi irəli sürülmüşdü. Bu dövr ərzində Nikol 16 milyonu solo ifaçısı kimi olmaqla ümumilikdə 37 milyon sinql satışı ilə dünyada rekord göstəriciyə yiyələnmişdi. “Pussycat Dolls” qrupu isə ümumilikdə 57 milyon albom sataraq bu göstərici ilə dünyanın ən qabaqcıl musiqi qruplarından birinə çevrilmişdi.

Bundan başqa, Şerzinger “X Factor” verilişinin həm ABŞ, həm də Böyük Britaniyada yayımlanan versiyalarının jüri heyətində yer alıb.

Bakıda şənbə gecəsi Nikol Şerzingerdən sonra səhnəyə mahnıları ən çox satılan, dünyaca ən məşhur və ən yenilikçi qruplardan biri olan “The Black Eyed Peas” qrupu çıxacaq və canlı konsert proqramı ilə musiqili gecəyə yekun vuracaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək həddə sevindirir və qürurlandırır. “The Black Eyed Peas” qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdır və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardır. Musiqi ilə Formula 1 hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən 2017 Formula 1 Azərbaycan Qran Prisini qaçırmaq olmaz və biz iyun ayında Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşğusunu birlikdə yaşamaq üçün hamınızı indidən səbrsizliklə gözləyirik”.

Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış həftəsonu günlərinin hər axşamı burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü - iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar Formula 1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı Formula 1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər.
2017 Azərbaycan Qran Prisinə bilet satışları davam edir!

Yarış həyəcanını yerində canlı yaşamaq istəyənlərə 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün müxtəlif növ biletlər təklif olunur. 2-16 yaş qrupunda olan azarkeşlər üçün endirimli qiymətə “Azyaşlı” biletləri satışdadır.

Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə iki aydan az müddətin qaldığı ərəfədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Formula 1 ictimaiyyətinə müraciət edərək onları biletləri indidən almağa və 2017-ci ildə Bakıda birlikdə yarışı izləməyə dəvət edir.
Bilet almaq və Bakıya səfəri indidən planlaşdırmaq barədə daha ətraflı məlumatı 2017 Formula 1 Azərbaycan Qran Prisinin rəsmi veb-səhifəsindən əldə edə bilərsiniz: www.bakucitycircuit.com
Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri bizə press@synergy.az elektron ünvanı ilə sorğu göndərə bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/197295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR