Bakıda bayker də "avtoş"luq edir - VİDEO

Bakıda bayker də "avtoş"luq edir - VİDEO
09:42 3 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 30-u Mərdəkandan Bilgəhə gedən yolda motosiklet sürücüsünün qayda pozuntusu avtosfer.az-ın kamerasına düşüb.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, bu yolun keçdiyi ərazi yaşayış məntəqəsi sayıldığı üçün 60 km/saat sürət təşkil olunmasına baxmayaraq yüksək sürətlə hərəkət edən motosiklet sürücüsü həm avtomobillərə, həm də piyadalara təhlükə yaradıb.

Videoya diqqətlə baxanda aydın şəkildə görünür ki, motosikletin yüksək sürətlə, həm də ziqzaqvari hərəkət edir. Bunu görən piyadalar yoldan kənara çəkilərək öz etirazlarını bildirirlər.
Motosiklet ən təhlükəli nəqliyyat vasitəsi sayılmağına baxmayaraq sürücü buna əhəmiyyət vermədən ürəyi istədiyi sürətlə hərəkət edir. Bunun nəticəsidir ki, artıq son bir həftədə Bakıda motosiklet iki nəfəri vurub. Onlardan ikisi də yerindəcə ölüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda bayker də


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/541120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR