x
Loading...

Birlikdə qaçan qızlardan birinin atası yalan danışdı - FOTO

Birlikdə qaçan qızlardan birinin atası yalan danışdı - FOTO
10:32 3 May 2017
75 Dünya
Ölkə mətbuatı
A- A+
.

Pasportsuz gəldikləri Türkiyədən İspaniyaya deportasiya edilən lezbiyan cütlük Türkiyədə cinsi seçimlərinə görə saxlanıldıqlarını və onlarla pis davranıldığını deyib.

İngiltərədə yaşayan ispaniyalı Maria Ximena Riko ilə misirli sevgilisi Şazam İsmayıl İbrahim ölüm yatağında olan Şazamın anasını görmək üçün Londondan gediblər. Ancaq Dubaya çatdıqlarında gözləmədikləri bir sürprizlə qarşılaşıblar. Şazamın atası "Anan ağır xəstədir" deyərək qızını aldadıbmış. Əslində anasının vəziyyəti yaxşı imiş.

Milli.Az "habertürk"ə istinadən xatırladır ki, Dubaydan Gürcüstanın paytaxtı Tiflisə uçan cütlüyü təqib edən ata qızına yeni bir "tələ qurub". Ata Gökhan Gürcüstandan Londona uçmağı gözləyən qızların pasportlarını əllərindən alıb cırır. Bundan sonra cütlük qanunsuz yollarla Türkiyəyə daxil olur.

Türkiyədən İspaniyaya deportasiya edilən cütlük mətbuat konfransı keçirib. Gürcüstandan Türkiyəyə keçdikdən sonra Samsunda pasportları olmadığı üçün nəzarətə götürüldüklərini söyləyiblər. Daha sonra sərbəst buraxılan lezbiyan cütlük ikinci dəfə İstanbulda nəzarətə alınıb. Türkiyədə 3 gün nəzarətdə saxlanıldıqlarını iddia edən qızlar: "Bunda lezbiyan olmağımızın təsirinin olduğuna inanırıq", - ifadəsini işlədiblər.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/541146.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR