x
Loading...

Tramp mühüm dəyişiklik edəcək

.

ABŞ prezidenti Donald Tramp idarəetmə sistemində dəyişiklik etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Senatdan Meksika ilə sərhəddə divar hörülməsi məsələsinə dəstək ala bilməyən Tramp iyulun sonunda sitemdə dəyişiklik etməyə ehtiyac olduğunu bildirib.

Respublikaçılar və Demokratlar arasında müzakirə edilən büdcə planının təsdiqi üçün 60 səs tələb olunur. Lakin Tramp səslərin 51-ə endirilməsinin tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-da Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri isə maliyyə sahəsinə baxmaq tutur. Konqres ABŞ-ın "pul kisəsi hakimiyyəti" adlanır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR