Bakının mərkəzində iki nəfərə bıçaqla xəsarətlər yetirən şəxsin kimliyi məlum oldu

19:23 7 Yanvar 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri Bakının mərkəzində baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıblar.

Trend-ə daxil olan birgə məlumatda deyilir: "Xəbər verildiyi kimi, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib".

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Polis və prokurorluq orqanlarının həyata keçirdikləri operativ tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən şəxsin Bakı şəhərində yaşayan Elçin Çobanov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR