x
Loading...
.

Breksit üçün “QAN PULU” - Krallıq üçün çətin günlər başlayır

Breksit üçün “QAN PULU” - Krallıq üçün çətin günlər başlayır
22:33 3 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+
.

Böyük Britaniya mayın 3-də parlamenti, daha doğrusu, onun aşağı palatası olan İcmalar Palatasını buraxdı. Bu, iyunun 8-nə təyin edilən növbədənkənar seçkilərdən əvvəl məcburi qanunverici tələbdir.

Parlament üzvlərinə şəxsi əşyaları və sənədləri götürərək kabinetlərdən köçmək üçün bir neçə gün vaxt veriləcək. Böyük Britaniyanın baş naziri Tereza Meyin sözlərinə görə, növbədənkənar seçkilər ölkənin Avropa İttifaqından çıxışı şəraitində hökumət və parlamentdə birliyi möhkəmləndirmək üçün lazımdır.

Tereza Meyi başa düşmək olar. “Financial Times” qəzeti yazıb ki, Brüssel Avropa İttifaqından çıxış prosesində Böyük Britaniyanın maliyyə öhdəliklərini 100 milyard avro qiymətləndirir. Bu, Londonun hələ Breksitə qədər üzərinə götürdüyü müxtəlif büdcə öhdəliklərinin cəmidir. Daha əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, Avropa İttifaqı Londondan 60 milyard avro tələb etmək niyyətindədir. Beləliklə, kompensasiyaların ölçüsü demək olar ki, iki dəfə artıb. Lakin Londonun Brüsselə cavabı mənfidir.

“Biz 100 milyard ödəməyə başlamayacağıq”, - Britaniyanin Breksit işləri üzrə naziri Devid Devis bildirib.

Böyük Britaniyanın vəziyyətinin ilk baxışda göründüyündən daha mürəkkəb olduğu deyilir. “Times” nəşri Ağ Evdəki mənbəyə istinadən yazıb ki, Vaşinqton Breksitin müvəffəqiyyətli tamamlanması halında Birləşmiş Krallıqla deyil, ilk növbədə Avropa İttifaqı ilə əməkdaşlıq etmək niyyətindədir.

“ABŞ əvvəlcə Avropa İttifaqı ilə azad ticarət haqqında razılaşmanı bağlamağa üstünlük verəcək”, - mənbə vurğulayıb.

Bu, gözlənilməz deyildi. Hələ 2016-cı ilin aprelində ABŞ prezidenti Barak Obama bildirib ki, Britaniyanın Avropa İttifaqından çıxışı Amerika-Britaniya ticarət münasibətlərinə ciddi itki gətirəcək. Obama söyləmişdi ki, Avropa İttifaqından çıxışı halında ABŞ-la sazişin imzalanması üzrə növbə Londona sonda çatacaq.

Ən mürəkkəb vəziyyətin Böyük Britaniyanın universitet sistemində yaranacağı gözlənilir. İcmalar Palatasının təhsil üzrə komitəsində qeyd ediblər ki, Britaniya universitetlərinin hər altıncı əməkdaşı Avropa İttifaqından gəlmədir. Beləliklə, müəllimlər və alimlər işini saxlamaq üçün zəmanət almayacaqlar. Londonun “beyin axını” təhdidi qarşısında qala biləcəyi deyilir.

“Breksit bizim beynəlxalq rəqabətə davamlılığımızı və uzunmüddətli perspektivdə universitetlərimizin müvəffəqiyyətini təhdid edir”, - komitə başçısı Nil Karmaykl bildirib.

İstisna edilmir ki, çıxış şərtlərinin çətinləşdirilməsi ABŞ-ın dəstəyi ilə Britaniya hökumətini ağlını başına yığmağa məcbur etmək məqsədi daşıyır. Avropa Parlamentinin prezidenti Antonio Tayani açıq şəkildə bildirib ki, britaniyalılar növbədənkənar parlament seçkilərində lazım olan yeni hökuməti quracaqları halda, Britaniyanın Avropa İttifaqından çıxışı prosesini əks istiqamətdə dəyişdirmək olar.

Eyni zamanda bir sıra Avropa KİV-i qeyd edir ki, London və Brüssel “aralıq modeli”ni də müzakirə edir: London Avropa İttifaqından çıxır, amma bu halda Avropa Azad Ticarət Assosiasiyasının (EFTA) üzvü olur. Avropa İttifaqının üzvü olan Norveç, İsveçrə, İslandiya və Lixtenşteyn bu təşkilata daxil deyil. Həm də bütün bu ölkələr Avropa İttifaqının iqtisadiyyatına çox dərin birləşdirilib və ümumavropa bazarına azad girişə malikdirlər.

EFTA-ya üzvlük Breksitin sərt maliyyə nəticələrindən qaçmağa imkan verəcək. Ancaq əngəl ondan ibarətdir ki, assosiasiyada iştirak Londondan “azad yerdəyişmə” prinsiplərinə riayət etməyi tələb edəcək. Faktiki olaraq, söhbət əvvəlki şərtlərdə miqrantların girişinə icazə verməkdən gedir. Amma yada salaq ki, Brüsselin miqrasiya siyasəti narazılığın əsas səbəblərindən biri olub və britaniyalılar Breksit üçün səs verdilər.

“Britaniya hökuməti seçicilərə verilmiş öhdəlikləri yerinə yetirməlidir. Görünür, biz vahid bazarda qala bilmirik”, - Böyük Britaniyanın maliyyə naziri Filipp Hammond Polşanın “Rzeczpospolita” nəşrinə bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR