İraqın Mosul şəhəri yaxınlığında güclü partlayış baş verib.

Metbuat.az xəbər verir ki, məktəbə atılan bomba nəticəsində 34-ü kişi, 29-u qadın, 18-i uşaq olmaqla, ümumilikdə 81 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, partlayışda həyatını itirənlər İŞİD terror təşkilatı və İraq silahlı qüvvələri arasında gedən döyüşlər səbəbindən məktəbə sığınmışdılar.

Parlayışın kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Aytən Novruzova / Metbuat.az