Venesuelada baş verən iğtişaşlar nəticəsində tələbə hərəkatının lideri öldürülüb.
Metbuat.az xəbər verir ki, Xuan Bautista adlı tələbə naməlum şəxsin açdığı atəş nəticəsində ölüb, 3 nəfər isə yaralanıb.
Bundan əvvəl hökumət tərəfdarları ilə etirazçılar arasında baş verən toqquşmalarda 29 nəfər dünyasını dəyişib.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir. Etirazçılar ölkədə vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini tələb edirlər.
Aytən Novruzova / Metbuat.az