"Onlara əsla toxunmaq olmaz. Onların da sənə toxunmasına imkan verməməlisən. Sənə toxundularmı, onların halına düşəcəksən. Yəni öləcəksən".

Vudu inancının çox geniş yayıldığı və əsrlərdən bəri insanların şüurlarına hakim olduğu Benində Asa Oke kəndinin sakini belə deyir. Onun sözlərinə görə, "equnqun"lar çox qorxuludur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Benindəki "equnqun" adlı maskalı, rəqs edərək fırlanan, dövrə vuran və meydandakı insanları qovan personajlara inam çox güclüdür. Beninlilər onları "canlı, dirilən ruh" sayır və sidq-ürəkdən inanırlar ki, kim enunquna toxunsa, öləcək və ruha çevriləcək.

"Equnqun"lar beninlilər arasında mübahisələrdə hakim rolunu da oynayır.

Onlar qışqırır, kimsənin başa düşmədiyi dildə danışırlar.

Vudu təliminə görə, "equnqun" ölülər aləmindən qayıdan və insanlara məsləhət vermək üçün dirilən ruhdur.

"Equnqun"u həmişə təbilçi müşayiət edir.

Vudu ayinlərinin şərtlərinə görə, "equnqun"un ölmüş insanın ruhu ilə təmas qurması üçün mütləq təbil çalınmalı, rəqs edilməlidir.

"Equnqun"un əynindəki geyim, üzündəki maska isə onun diriltməyə çalışdığı insanın gücünü göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

"Dirilən ruh"lar: "Onlara toxunan ölür" - VİDEO - FOTO"Dirilən ruh"lar: "Onlara toxunan ölür" - VİDEO - FOTO