Belçikada halal ət kəsimi qadağan ediləcək.

Metbuat.az xəbər verir ki, qoyun və mal ətinin İslami qaydalara əsasən kəsiminin qadağan olunma məsələsi artıq ölkə parlamentində müzakirə olunur.

Parlament üzvləri bu qərarı heyvanlara qarşı şiddətin aradan qaldırılması məqsədilə verdiklərini bildirib. Qərarın 2019-cu ilin sentyabrında qəbul olunması gözlənilir.

Qərar yalnız ölkədə yaşayan müsəlmanlara deyil, eyni zamanda yəhudilərə də aid ediləcək. Qeyd edək ki, müsəlmanlar və yəhudilər Belçika əhalisinin 6%-ni təşkil edir.

Aytən Novruzova / Metbuat.az