Qədim Nic qəsəbəsində Milad bayramı qeyd edildi

Qədim Nic qəsəbəsində Milad bayramı qeyd edildi
20:24 7 Yanvar 2015
106 Sosial
Ölkə mətbuatı
A- A+

Bü gün bütün dünyanın pravoslav xristianları İsa peyğəmbərin mövludu gününü qeyd edirlər.

APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər yanvarın 7-də “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasiminə toplaşıblar. Tədbirdə alban-udin icmasının rəhbəri, kilsənin keşişi, və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib.

    

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Sonra məlumat verilib ki, Nic qəsəbəsində 3 kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Ümumilikdə isə ölkəmizdə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır.

 

Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qeyd edilib ki, sovet dövründə udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq bayramlarını hər il qeyd ediblər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi 2002-ci ildə “Cotari“ məbədi əsaslı təmir və bərpa olunaraq udinlərin istifadəsinə verilib. Beləliklə, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR