Boko Haram terrorçu qruplaşması 2014-cü ildə Nigeriyanın Çibok şəhərində girov götürdüyü 82 məktəblini azad edib.
Metbuat.az xəbər verir ki, girovların azadlığa buraxılması Nigeriya hakimiyyətinin terrorçu qruplaşma ilə apardığı danışıqlardan sonra mümkün olub.
Danışıqlar Beynəlxalq Qırmızı Xaç Komitəsi və İsveçrə nümayəndəsinin iştirakı ilə baş tutub.
Girovların azadlığı Boko Haram üzvlərindən bir neçəsinin azadlığa buraxılması hesabına başa gəlib. Üzvlərin dəqiq sayı haqda məlumat verilmir.
Qeyd edək ki, Boko Haram terrorçu qruplaşması 270 nigeriyalı şagirdi 2014-cü ilin aprelində oğurlamışdı. Oğurlananlardan bir neçəsi qaça bilsə də, 200-dən çox qız girovluqda saxlanılırdı.
Boko Haram radikal qruplaşması qərb həyat tərzi və təhsilinə qarşı çıxır. Qruplaşma üzvləri "İŞİD" -ə xidmət göstərir. Terrorçu qruplaşmanın minlərlə insanın oğurlanmasında əli var.
Aytən Novruzova / Metbuat.az