Türk şəhidin oğluna təmtəraqlı sünnət toyu keçirilib.

Metbuat.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Fikri İşık 2008-ci ildə terrorçularla mübarizədə şəhid olan Serkan Çakalın 9 yaşlı oğlu Metehana sünnət toyu keçirib.

Sünnət toyunun keçiriləcəyi məkana qədər Metehanı avtomobil karvanı müşahidə edib.

Toya Türkiyənin tanınmış siyasətçiləri və hərbçiləri qatılıb.

Şəhidin həyat yoldaşı belə bir gündə onları tək qoymadıqları üçün təşkilatçılara minnətdarlığını bildirib.

Aytən Novruzova / Metbuat.az