Macarıstanda ağlasığmaz bir hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Jake Fen adlı macar yoldaşını qorxutmaq üçün özünü asmış kimi göstərib. Evə gələn arvad ərini o halda görüncə özündən gedib.

Bu anda qapını açıq görən qonşu qadın içəri girib və hər ikisinin ölü olduğunu zənn edərək evi soymağa başlayıb. Həmin ərəfədə Jake qadına bir təpik vurub. Cəsədin canlandığını sanan qadın qorxudan ölüb.

Məhkəmə isə Jake bəraət verib.