Çinin Hunan əyalətində kömür mədənində baş verən qəzada ölənlərin sayı 18-ə çatıb.

Metbuat.az xəbər verir ki, qəzaya səbəb qaz sızıntısının baş verməsi olub. 55 nəfərin işlədiyi mədəndə baş verən qəzadan 37 mədənçi xəstəxanaya çatdırılıb.

Partlayışda şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Aytən Novruzova / Metbuat.az