İran İslam Respublikasının müdafiə naziri Hüseyn Dehkan səudiyyəli həmkarı Məhəmməd bin Salmanın, “Müharibəni İranın içərilərinə doğru çəkməliyik” sözlərinə sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, İran müdafiə naziri, “Səudiyyə Ərəbistanı rəhbərliyi İrana qarşı axmaqcasına hərbi müdaxilə edəcəyi halda, bu ölkədə Məkkə və Mədinə şəhərləri xaricində salamat yer qoyulmayacaq" deyə bildirib:

“Səudiyyə Ərəbistanının bu işi necə edəcəyini bilmirəm. Belə bir axmaq hərəkət etməmələri üçün onlara xəbərdarlıq edirəm. Əgər edərlərsə, Məkkə və Mədinə xaric salamat yer qoymarıq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı müdafiə naziri Məhəmməd bin Salman ötən həftə müharibənin Səudiyyə Ərəbistanına qədər gəlib çatmaması üçün İran torpaqlarına yönləndirilməyin lazım olduğunu bildirmişdi.

Tehran rəhbərliyi isə Səudiyyə Ərəbistanı müdafiə nazirini BMT TŞ-yə şikayət etmişdi.

Aytən Novruzova / Metbuat.az