Roma Papası "bütün bombaların anası" adlı boma ilə bağlı xəbərə sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, Roma Papası bunu eşitdiyində utandığını deyib:

“Bu adı ilk dəfə eşidəndə utandım. Bir ana yeni cana həyat verə bilər. Bu bomba isə həyat deyil, ölüm gətirir. Nələr baş verir?”

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri Əfqanıstanın Nanqahar şəhərində İŞİD-ə qarşı keçirilən hərbi əməliyyat zamanı istifadə etdiyi bombanı "bütün bombaların anası" adlandırmışdı. Həmin bomba ilk dəfə 2003-cü ildə sınaqdan çıxarılmışdı.

Aytən Novruzova / Metbuat.az