Türkiyənin hüquq-mühafizə orqanları "TV Net"-də yayımlanan “Dərin tarix” proqramında söylənilən skandal ifadələrə görə araşdırmaya başlayıb.
Metbuat.az xəbər verir ki, proqramda iştirak edən qonaqlar və kanal rəhbərliyi haqqında müxalif Cühhuriyyət Xalq Partiyası (CHP) prokurorluğa şikayət edib.
Qeyd edək ki, 6 mayda efirə gedən “Dərin tarix” proqramında Mustafa Kamal Atatürkə qarşı təhqiramiz ifadələr işlədilib.
Proqramda iştirak edən Süleyman Yeşilyurt, Afet İnanın Atatürkün mənəvi qızı yox, sevgilisi olduğunu deyib.
“Düz danışmaq lazımdır. Mustafa Kamal İzmirdə Afet İnanı görərək, aşiq olub və elçiliyə gedib. O, liderin mənəvi qızı yox, sevgilisi olub”.
Aytən Novruzova / Metbuat.az