İŞİD Mosul şəhər xəstəxanasındakı dərman preparatlarını yararsız hala salıb.
Metbuat.az xəbər verir ki, görüntülər İraq hərbi qüvvələrinin İŞİD-in Mosuldakı mövqelərinə qarşı yeni hücuma başladığı zaman ortaya çıxıb.
Qeyd edək ki, İraqın ikinci ən böyük şəhəri Mosul İŞİD-in ölkədəki son dayağı hesab olunur.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində artıq Dəclə çayının üzərindəki son körpü istifadəyə yararsız vəziyyətə düşüb. 7 aydır ki, davam edən əməliyyatlar nəticəsində İŞİD liderinin sığındığı məscid də artıq boşdur.
Ciddi müqavimətlə üzləşən İŞİD İraq əsgərlərinə qarşı bomba yüklü avtomobillərdən istifadəyə başlayıb. Nəticədə 9 İraq polisi ölüb. Terrorçular minlərlə dinc sakini girov saxlayır.
Xatırladaq ki, Mosul 2014-cü ilin iyun ayından etibarən İŞİD-in nəzarətinə keçib.
Aytən Novruzova / Metbuat.az