Taksilər sarı zolağa necə girir? - Rəsmi AÇIQLAMA - VİDEO

Taksilər sarı zolağa necə girir? - Rəsmi AÇIQLAMA - VİDEO
18:37 17 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bildiyimiz kimi, paytaxtda İslam Oyunlarının keçirilməsi ilə bağlı yollara sarı zolaqlar çəkilib. Həmin zolaqlara giriş qadağan olunub, qaydanı pozan sürücülər isə 40 manat məbləğində cərimə edilir. 

Ancaq şəhərdə həmin zolaqla hərəkət edən taksilər də var. Jurnalist Tural Yusifov bununla bağlı video çəkərək sosial şəbəkədə paylaşıb. Bunun nə dərəcədə qanunauyğun olub olmaması ilə maraqlanıb. 

Milli.Az xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovla əlaqə saxlayıb. O, qeyd edib ki, IV İslam Oyunlarının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi tərəfindən konkret təyin edilmiş nəqliyyat vasitələri var: "Həmin nəqliyyat vasitələrinin içində taksi fəaliyyəti ilə məşğul olan sürücülər də ola bilər. Bu, o deməkdir ki, Təşkilat Komitəsi sərnişindaşıma ilə məşğul olan hüquqi və ya fiziki şəxslərlə də müqavilə bağlayır. Tədbirlərin keçirilməsi zamanı həmin nəqliyyat vasitələrindən istifadə edə bilər. Onların sarı zolağa girməsi qanunsuzluq deyil.  Həmin maşınların xüsusi işarələri var. Belə ki, taksi fəaliyyəti ilə məşğul olanların idarə etdikləri avtomobillərin həm arxasında, həm də qabağında xüsusi nömrələr. Bu da  o deməkdir ki, onlar həmin zolaqda hərəkət edə bilərlər".

V. Əsədov həmçinin əlavə edib ki, taksi fəaliyyəti ilə məşğul olub qanunsuz olaraq zolağa daxil olan 1000-ə yaxın avtomobil sürücüsü məsuliyyətə cəlb edilib.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR