Nazirlik çimərliklər üçün hərəkətə keçdi

Nazirlik çimərliklər üçün hərəkətə keçdi
12:58 18 May 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Sumqayıtda çimərliklərin monitorinqinə başlanılıb.

Bu barədə Publika.az-a Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin monitorinq sektorunun müdiri Söhrab Rəhimov deyib.

Onun sözlərinə görə, monitorinqlər sentyabrın axırına kimi aparılacaq: “Monitorinqi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemologiya Şöbəsinin əməkdaşları aparacaq. İlkin nəticələr bütün çimərliklərdə monitorinqlər bitən kimi açıqlanacaq. Çimərliklərdə dəniz suyunun laborator müayinələr aparılacaq, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək.

Hər il çimərliklərdə aşkarlanan çirklənmənin aradan qaldırılması üçün müəyyən işlər həyata keçirilir. Bu səbəbdən də ildən-ilə monotorinq nəticəsində irəliləyişlər müşahidə edirik. Hazırda Sumqayıtda abadlıq işləri aparılır, bunun şəhər çimərliklərinə müsbət təsir edəcəyini düşünürük”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/199260.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR