Boksçularımızdan İslam Oyunlarında

Mayın 18-də Azərbaycan milli komandası IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında ilk qızıl medalını qazanıb.

Metbuat.az xəbər verir ki, İslam Oyunlarında 60 kiloqram çəki dərəcəsində çıxış edən Cavid Çələbiyev həlledici görüşdə iraqlı Ammar Karbalai ilə qarşılaşıb. Görüşdə 5:0 hesabı ilə qalib gələn boksçumuz “Bakı-2017”nin çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri də final qarşılaşmasına baxıblar.

Sərdar Məmmədov / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR