"Məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir"

"Məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir"
19:12 18 May 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

Rəqiblərim çox güclü olsa da, döyüşə ciddi hazırlaşdığımdan qızıl medal qazandım.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Ayxan Tağızadə deyib.

Onun sözlərinə görə, döyüşləri gərgin keçib: "Rəqiblərim arasında Olimpiya 3-cüsü var idi. Amma buna baxmayaraq, hər 3 rəqibimə qalib gəldim. Gələcəkdə məqsədim Dünya Çempionatı və Olimpiya Oyunlarında qalib gəlməkdir. Qələbəmi mənim əbədi fanatım olan anama həsr edirəm".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR