ATƏT-in Yerevandakı ofisi fəaliyyətini dayandıracaq
Paylaş
97 baxış·1 dəq oxu
Bakı. 18 may. REPORT.AZ/ ATƏT-in Daimi Şurası Ermənistanda təşkilatın nümayəndəliyinin mandatının uzadılması məsələsində konsensus əldə edə bilməyib. ATƏT-in Yerevandakı ofisi bu il avqustun 31-də fəaliyyətini dayandıracaq. "Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatdan bildirilib. Vurğulanıb ki, tərəflər konsensusa gələ bilməyərək mandatın uzadılmasına dair məsələdə ortaq qərar qəbul edə bilməyiblər.