Play Store

Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub

Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub
16:42 19 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "Qırğızıstanda bir neçə il sonra ikinci dil rus dili yox, ingilis dili olmalıdır".
"Report" "Veçerniy Bişkek"ə istinadən xəbər verir ki, bunu Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) parlament fraksiyasının iclasında deputat Azamat Arapbayev deyib.
Deputat bildirib ki, Rusiyada Qırğızıstandan olan miqrantlar aşağı ixtisaslı işlərdə çalışırlar və bunun səbəbi ölkədə təhsilin keyfiyyətsiz olmasıdır.
"Uşaqlar 10-11 yaşından ingilis dilini öyrənsəydilər, indi Rusiyada yox, Avropada işləyərdilər. Qazancları da daha yüksək olardı. Buna görə də hökumət ingilis dilinin məktəblərdə 1-ci sinifdən tədris edilməsi məsələsini nəzərdən keçirməlidir", - deputat vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/qirgizistanda-ingilis-dilini-ikinci-resmi-dil-etmek-teklif-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR