Play Store

Ağdaşda piyadanı maşın vurub

Ağdaşda piyadanı maşın vurub
12:07 20 May 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdaş. 20 may. REPORT.AZ/ Ağdaşda piyadanı maşın vurub.
"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün səhər 07:30 radələrində Bakı-Şamaxı-Yevlax magistral yolunun 247 km-də, Ağdaş rayon Zeynəddin kənd ərazisindən keçən hissəsində baş verib.
Rayonun Ləki qəsəbə sakini Ələsgər Ramazan oğlu Daşdıyev idarə etdiyi VAZ 2106 markalı 19-BB-772 dövlət nomrə nişanlı minik maşını ilə hərəkətdə olarkən yolu keçmək istəyən, rayonun Hüseyn Cavid küçəsi 9 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Emin Şakir oğlu Qasımovu vurub. Xəsarət alan E.Qasımov dərhal Ağdaş Rayon Mərkəzi Xəstəxanasının (RMX) travmatologiya şöbəsinə gətirilib. 
Hazırda piyadanın vəziyyəti ağır olaraq qalır. 
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agdasda-piyadani-masin-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR