Play Store

Sürücülərin NƏZƏRİNƏ: müddət saat yarım uzadıldı

Sürücülərin NƏZƏRİNƏ: müddət saat yarım uzadıldı
12:22 20 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

2015-ci ildən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarına əsasən, rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin yay aylarında saat 07.30-dan axşam saat 21.00-dək Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunur. Həmin məhdudiyyətlər indiyə qədər qüvvədədir.

Milli.Az APA-ya istinadən, bunu bu gün Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuat konfransında deyib.
 
K. Əliyev bildirib ki, Bakıda qeydiyyatı olmayan nəqliyyat vasitələrinin sürücüləri bilməlidirlər ki, Bakıya daxil olmaq istəyirlərsə, nəqliyyat vasitələrini şəhər girişində yaradılmış dayanacaqlarda yerləşdirməklə ictimai nəqliyyatdan, yaxud taksilərdən istifadə etməklə şəhərə gələ bilərlər: "Rayonlardan gələn nəqliyyat vasitələri saat 21.00-dan sonra şəhərə daxil ola bilərdi. IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi müddətdə Bakıya daxil olma ilə bağlı məhdudiyyətin tətbiqi vaxtı fərqlidir. Rayon qeydiyyatı olan nəqliyyat vasitələrinin Bakıya daxil olmasına səhər saat 07.00-dan axşam saat 22.00-dək məhdudiyyət qoyulub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR