"Report" "İnterfaks"a istinadən xəbər verir ki, iclas zamanı iştirakçılar terrorizm və transsərhəd mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sferasında MDB ölkələrinin xüsusi xidmət orqanları arasında əməkdaşlığılın təkmilləşdirilməsi, MDB ölkələri arasında qeyri-qanuni miqrasiyanın tranzit kanalları fəaliyyətiylə məşğul olanlarla bağlı informasiya mübadiləsinin keyfiyyətinin yaxşılaşdırılması məsələlərini müzakirə edəcək.
MDB-nin Antiterror Mərkəzinin (ATM) rəhbəri Andrey Novikov 2014-2016-cı illər üzrə MDB dövlətlərinin terrorizm və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizəsi üzrə Əməkdaşlıq Proqramının icrasının, eləcə də Mərkəzin 2016-cı ildəki fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edəcək.
Şuranın işində müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya, Serbiya və Fransadan tərəfdaş nümayəndə heyətləri də iştirak edəcək.