İranlı falçı Türkiyədə üç bacını aldadaraq 10 min lirəlik qızılını oğurlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bacılar əvvəldən tanıdıqları 34 yaşlı Mazandarani S. adlı İran vətəndaşını fala baxmaq üçün evə çağırıblar.

Falçı qadın bacılara nəzər dəydiyini və onlardan qazan və qızıllarını gətirməsini istəyib. 3 bacı qazan və dəyəri 10 min lirə olan qızılları gətiriblər. Falçı qızılları qazanın içinə qoyub, qapağını bağlayıb və bacılara: "Mən evdən çıxana qədər qazandakı qızıllara əl vurmayın" deyə tənbehləyib.

Qadın bacıların diqqətsizliyindən istifadə edərək qızılları oğurlayıb, evdən qaçıb. Zinət əşyaları oğurlanan 3 bacı polisə müraciət edib. Artıq iranlı falçı yaxalanıb, amma ona qarşı səslənən iddiaları qəbul etməyini deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində