Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib

10:27 8 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 10:22 ]

Bakı. Anaxanım Hidayətova – APA. Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.

APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütlə yad edəcəklər.

 

Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

 

Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR