Türkiyənin Denizli şəhərində boşanma iddiasının qaldırıldığı məhkəmə prosesi zamanı K. Ş. adlı şəxs həyat yoldaşı Şengül Sezginceni güllələyərək öldürüb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, K.Ş. açdığı atəş nəticəsində baldızı və bacanağını isə yaralayıb. O, sonra öz başından vuraraq intihar etmək istəsə də güllə bitib.

Yaralılar xəstəxanaya çatdırılıb. Polis K.S-ni nəzarətə alıb. Cütlüyün boşanma iddialarının təxirə salındığı məlum olub.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Boşanmaq istəyən arvadını MƏHKƏMƏ ZALINDA GÜLLƏLƏDİ: özünü vurmaq istəyəndə... - VİDEO - FOTOBoşanmaq istəyən arvadını MƏHKƏMƏ ZALINDA GÜLLƏLƏDİ: özünü vurmaq istəyəndə...

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində