"Jurnalist Əfqan Muxtarlının həbsi məsələsi çox qabardılır. Ümumiyyətlə, başa düşmürəm ki, biz bu faktı niyə bu qədər fərqləndirməliyik? Bu, adi, sıradan bir hüquqi prosedurdur. Kim Azərbaycan qanunlarını pozursa, təbii ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilməlidir. Fərq etməz, bu, istər Əfqan Muxtarlı, istərsə də Muxtar Əfqanlı olsun. Bu məsələdə ajiotaj yaradılmasının özü ondan xəbər verir ki, o düzgün adam deyil və bəlli qüvvələrin əlində alətə çevrilmiş bir şəxsdir.

Bu faktı Azərbaycan qanunvericiliyi pozularkən hər bir vətəndaşa qarşı hansı addım atmaq lazım gəlirsə, həmin addımın atıldığı adi hüquqi prosedur hal hesab edirəm. Ona görə də məsələ ətrafında süni ajiotaj yaradılması düzgün deyil".

"Gürcüstandan Azərbaycana qarşı platsdarm kimi istifadə niyyətləri baş tutmayacaq"

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.

Millət vəkili qeyd edib ki, bundan sui-istifadə edərək Azərbaycan-Gürcüstan əlaqələrinə xələl gətirmək istəyən anti-Azərbaycan qüvvələr öz istəklərinə nail olmayacaqlar: "Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyi və bütövlükdə təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynayır. İki ölkə arasında dostluq, mehriban qonşuluq əlaqələri mövcuddur. Bu əlaqələr strateji xarakter daşıyır. Ayrı-ayrı qüvvələrin Gürcüstandan Azərbaycana qarşı bir platsdarm kimi istifadə etmək, yaxud iki ölkə arasında əlaqələri korlamaq niyyətləri də baş tutmayacaq. Təəssüf ki, belə cəhdlərin edilməsi indi də açıq şəkildə hiss edilir. Bu cəhdlər əvvəllər də olub və yəqin ki, gələcəkdə də olacaq. Amma müstəqillik qazanandan bəri Azərbaycan və Gürcüstan dövlətlərinin keçdiyi yol ondan xəbər verir ki, bu cür təxribatların arxasında kimlərin durmasından asılı olmayaraq, onlar öz məqsədlərinə çatmayacaqlar".

"Gürcüstandan Azərbaycana qarşı platsdarm kimi istifadə niyyətləri baş tutmayacaq"

"Gürcüstandan Azərbaycana qarşı platsdarm kimi istifadə niyyətləri baş tutmayacaq"

Əfqan Muxtarlının üzərindən 10 min avro pul tapılıb - Rəsmi məlumat yayıldı