Bakıda yaşlı kişi borca görə özünü öldürüb

Bakıda yaşlı kişi borca görə özünü öldürüb
02:57 5 İyun 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
"Report" xəbər verir ki, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib.
Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib.
İntihara səbəb kimi mərhumun xeyli borcunun olması göstərilir.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-yasli-kisi-borca-gore-ozunu-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR