PSJ Alleqrinin xidmətlərində maraqlıdır

PSJ Alleqrinin xidmətlərində maraqlıdır
13:32 5 İyun 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri PSJ-nin maraq dairəsində qalmaqda davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris klubu ona illik 10 milyon avro məvacib verməyə hazırdır. Alleqrinin hazırki məvacibi 5.5 milyon avro təşkil edir. 49 yaşlı mütəxəsis 7 iyunda "Yuventus"un baş direktoru Beppe Marotta ilə görüşəcək.

Onunla müqavilə 2018-ci ilin yayına kimi nəzərdə tutulub. İtaliyalı çalışdırıcı maaşının 8 milyon avroya qaldırılmasını istəyir.

O, rəhbərlikdən Çempionlar Liqasını qazanmaq üçün 2 sanballı transfer də tələb edir. PSJ-nin baş məşqçisi Unay Emeri isə "Roma"nın diqqət mərkəzindədir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR