Bakıda iki çimərlik yararsız çıxdı

Bakıda iki çimərlik yararsız çıxdı
13:42 5 İyun 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ "Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub".
Bunu "Report"a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, yerdə qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir: "İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır".
Beləliklə, adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, monitorinqlərə may ayının 16-dan başlanılıb. Monitorinqləri Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirib.

Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/bakida-iki-cimerlik-yararsiz-cixdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR