Azərbaycan - Şimali İrlandiya oyunu ispanlara tapşırıldı

Azərbaycan - Şimali İrlandiya oyunu ispanlara tapşırıldı
13:27 6 İyun 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində 10 iyun tarixində baş tutacaq Azərbaycan - Şimali İrlandiya matçını idarə edəcək hakimlər briqadası bəllidi. Fanat.Az xəbər verir ki, oyun İspaniyadan olan ədalət təmsilçilərinə həvalə olunub.


Referi Xavyer Estradaya laynsmanlar  - Migel Martines və Teodoro Sobrino kömək edəcək. Dördüncü hakim funksiyasını Alexandr Ernandes yerinə yetirəcək.


Qeyd edək ki, görüş 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-imali-rlandiya-oyunu-ispanlara-taprld-t58555.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR